Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTO

gundem
3-09-2022, 22:08 129
Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTOVətən müharibəsində şəhid olan Sadiq Vəliyevin ailəsində sevindirici xəbər var.

Oxu.Az xəbər verir ki, TƏBİB-in tabeliyində olan Respublika Perinatal Mərkəzində ailənin tək övladı, 44 günlük Vətən müharibəsində şəhid olan Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Sadiq Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

Sadiq Vəliyev oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sadiq Vəliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTO
Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTO
Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTO