Binanın damından meyit tapıldı

hadise
10-09-2015, 15:11 879
Binanın damından meyit tapıldı FHN əməkdaşları hadisə yerinə gələrkən Vaqif Hüseynov artıq vəfat edibmiş.
Bakıda binanın damından kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinindən (FHN) ANS PRESS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN əməkdaşları hadisə yerini və vəziyyəti qiymətləndirərkən, 1950-ci il təvəllüdlü Vaqif Məmməd oğlu Hüseynovun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.
Xilasedicilər binanın damından Vaqif Hüseynovun cəsədini aşağı endirib və ekspertiza üçün Abşeron rayon prokurorluğu əməkdaşlarına təhvil veriblər.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.