O GECƏNİN SƏSSİZLİYİ

gundem
20-05-2022, 13:29 1797
O GECƏNİN SƏSSİZLİYİ











Bilirsən nəyi xatırladım?!
Günaha dolaşdığımız,
Sevgiyə bulaşdığımız,
Məkanı xatırladım...
O yerin cazibəsi,
Həzin idi...
Ətrini xatırladır.
O gecənin ağuşunda,
Ulduzları tökdüyüm,
Kədərini kipriyimlə sökdüyüm,
Məkanı xatırladım...

Otağımız kiçik,
Alatoranlıq
Mağara kimiydi.
Gecəyarı şeh var idi,
Hava nəm idi...
Bilirsən, nəyi xatırladım?!
Məhəbbət söz-söhbəti,
Məni üşüdən zülməti,
Soyunub atdığım,
Gecəni xatırladım...

Mayisə ƏSƏDULLAQIZI
O GECƏNİN SƏSSİZLİYİ