Bakıda “KamAZ” yükü insanların üstünə boşaltdı: Ölən var

hadise
10-09-2015, 13:46 901
Bakıda “KamAZ” yükü insanların üstünə boşaltdı: Ölən var DİN məlumat yayıb.
Bakıda faciə baş verib.
Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə,sentyabrın 9-da Binəqədi şossesində yerləşən tikinti materialları anbarında Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov, Elşad Qafarova məxsus “KamAZ” markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb.
Ə.Cəfərov hadisə yerində ölmüş, xəsarət almış A.İlyasov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.