Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

gundem
9-05-2022, 10:46 635
Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA“Mayın birinci ongünlüyünün sonuna kimi ölkə ərazisində yağıntılar davam edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün paytaxtda ərzində yağış yağacaq: “Axşam yağıntının kəsəcəyi gözlənilir”.
O qeyd edib ki, mayın 10-da gün ərzində paytaxtda yağmursuz hava şəraiti davam edəcək, mülayim cənub küləyi əsəcək.