ALIN YAZISI

gundem
7-05-2022, 19:15 3398
ALIN YAZISIFələk bəzən
Qapıya daş düzər,
Ürək yaxar, can üzər...
Sevən-sevilən insanlar
Səpələndi Yer üzünə.
Sən o kənddə,
Mən bu kənddə,
Qollarımız kəmənddə.
Kövrək olar insanlar
Bir-birindən
Gen düşəndə.
Uzaqlarda yaşamağın
Nəşəsi çox,
Sevinci yox!
Deyirlər ki,
Unutmusuz bizi bala,
Diri gözlü ola-ola!
Elə deyil,
Unutmadıq,
Uzadaq sağ əlimizi
Dostlar üçün şənlik edək,
Bəzəyək biz,
Bərəkətli süfrəmizi...

Mayisə ƏSƏDULLAQIZI

ALIN YAZISI