Azərbaycanda 278 uşaq ölü doğulub

sehiyye
10-09-2015, 09:49 972
Azərbaycanda 278 uşaq ölü doğulub
“Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 78 min 400 körpə doğulub”. Bu haqda cavab olaraq Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov məlumat verib.
Komitə rəsmisi bildirib ki, doğulan uşaqların 53,2 faizini (41,7 min nəfər) oğlan, 46,8 faizini (36,7 min nəfər) isə qızlar təşkil edib:
“Ölkə üzrə ölü doğulan uşaqların sayı 278 olub”,-deyə Rafael Suleymanov bildirib.