“Normand dördlüyü” yenidən görüşəcək

dunya
10-09-2015, 09:45 901
“Normand dördlüyü” yenidən görüşəcək Görüşün oktyabrın 2-də Parisdə baş tutacağı bildirilir.
Ukrayna münaqişəsinin həlli üçün yaradılan “Normand dördlüyü” ölkələrinin dövlət başçıları növbəti görüşü barədə razılığa gəliblər.
Bu barədə Kremilin mətbuat xidməti məlumat yayıb. Görüşün oktyabrın 2-də Parisdə baş tutacağı bildirilir.
Parisdə nöbəti müzakirələrin keçirilməsi barədə razılıq Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı zamanı əldə olunub.
Tərəflər "normand formatında” danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Sentyabrın 12-də Berlində xarici işlər nazirləri, oktyabrın 2-də isə Parisdə Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək.
Son dəfə avqustun 24-də Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkelin arasında üçtərəfli görüş baş tutub.
Tərəflər arasında son üçtərfli görüş
Görüşdə əsas müzakirə mövzusu Ukranya münaqişəsinin həlli və Minsk razılaşmasının icrası olduğu bildirilir. Bir saat davam edən qapalı müzakirələrən sonra mətbuat konfransı keçirilib.
Bu il fevralın 12-də "Normand dördlüyü” ölkələrinin – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən görüş keçirilib.
Görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənəd imzalanıb.
Ruspərəst silahlılara məxsus texnika
Tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.
Əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ruspərəst separatçıların Ukranya ərazisinə müdaxiləsi ölkədə vəziyyəti gərgin olaraq saxlayır.
Münaqişənin baş verdiyi bölgələr