İlham Əliyev Şarl Mişellə Ukraynanı müzakirə etdi - YENİLƏNİB + FOTO

siyaset
14-03-2022, 23:45 245
İlham Əliyev Şarl Mişellə Ukraynanı müzakirə etdi - YENİLƏNİB + FOTOMartın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.
Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Prezident Şarl Mişelə təşəkkürünü bildirib.
Prezident Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.
Söhbət zamanı, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

16:08

Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycan Prezidenti ilə Ukraynadakı son hadisələr, regional təhlükəsizlik və müharibənin Cənubi Qafqaza təsiri məsələlərini müzakirə etdik”, - deyə o qeyd edib.

O vurğulayıb ki, Aİ sabit, dinc və firavan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək.

İlham Əliyev Şarl Mişellə Ukraynanı müzakirə etdi - YENİLƏNİB + FOTO