İrandan Türkiyəyə dəstək

dunya
10-09-2015, 09:44 813
İrandan Türkiyəyə dəstək Mərziyə Əfham PKK terrorçularının TSK və mülki əhaliyə yönəlmiş hücumunu pisləyib.
Rəsmi Tehran son günlər dalbadal törədilmiş terror hadisələri ilə sarsılan Türkiyəyə dəstək nümayiş etdirib. İranın rəsmi “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İslam respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham çıxışında bildirib. Əfham PKK terror təşkilatının Türkiyə Silahlı Qüvvələri (TSK) və mülki əhaliyə qarşı yönəlmiş terror hücumunu kəskin pislədiklərini ifadə edib. Hadisələrin gedişinin təhlükəli səviyyəyə çatdığını deyən Mərziyə Əfham sülh danışıqlarının yenidən başladılmasının labüd olduğunu qeyd edib.
Qeyd edək ki, bu il iyulun 24-dən başlayaraq TSK hərbçiləri və Türkiyə Hərbi Hava donanması PKK terrorçularına qarşı intensiv əməliyyatlara başlayıb. Buna, Şanlıurfa vilayətinin Suruc rayonunda 32 mülki əhalinin ölümünə səbəb olan terror aktından sonra PKK terrorçularının günahsız 2 polisi güllələyərək öldürməsi ilə ölkədə başlatdığı gərginlik səbəb olmuşdu.