PKK-çı holland jurnalist Türkiyədən qovulur

dunya
10-09-2015, 08:41 942
PKK-çı holland jurnalist Türkiyədən qovulur Frederike Gerdinki “Kürd Fəhlə Partiyasının” silahları yerə qoymasından çox məyus olacağını deyib.
Türkiyədə PKK qruplaşmasının lehinə təbliğat aparan hollandiyalı jurnalist Frederike Gerdinki ölkədən deportasiya olunur. ANS PRESS-in məlumatına görə, “Kürd Fəhlə Partiyasının” silahları yerə qoymasından çox məyus olacağını deməklə yerli ictimaiyyətdə qıcığa səbəb olmuş jurnalist artıq deportasiya üçün sənədləşmə işlərinin aparılması üçün Hakkari Polis İdarəsinin Miqrasiya bölməsinə gətirilib.
Jurnalist Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı apardığı reydlər zamanı 31 nəfərlə birgə sentyabrın 5-də həbs olunsa da, bu gün sərbəst buraxılıb. 2012-ci ildən etibarən Diyarbakır bölgəsində yaşayan hollandiyalı jurnalist bundan əvvəl də terrorçu qruplaşmanın təbliğatı ittihamı ilə yanvar ayında saxlanılmışdı. Ona qarşı cinayət işi açılsa da, aprel ayında Diyarbəki Ağır Cinayətlər Məhkəməsi onun barəsində bəraət qərarı çıxarıb.