Kiyev polislərinin yeni maşınları

dunya
10-09-2015, 08:40 1034
Kiyev polislərinin yeni maşınları Polislərin öhdəsinə bir idman avtomobili veriləcək.
Ukraynanın paytaxtı Kiyev şəhəri polislərinə "Lamborghini" avtomobili veriləcək.
ANS PRESS-in xəbərinə görə, bu barədə Kiyev patrul xidmətinə aid sosil şəbəkə səhifəsində məlumat yayılıb. Məlumatda, yaxın vaxtlarda Kiyev patrul polislərinə qanuna tabe olmayan sürücülərin təqibi üçün idman maşını olan "Lamborghini Gallardo" təqdim olunacağı bildirilir.
"Vacib xəbər! Tezliklə polis böyük sürət qaçaqlarına qarşı mübarizə üçün bir belə maşın veriləcək", - Kiyev polisinin şəkilin altındakı şərhində deyilir.
Lamborghini Gallardo-nun buraxılışı 2013-cü ildən dayandırılıb. Ukrayna bazarında bu avtomobillərin qiyməti 130 min dollar təşkil edir. İtalyan istehsalı olan avtomobil 560 at gücünə malikdir və maksimal sürət saatda 325 kilometrdir.