Aİ avro əskinaslarının Rusiyaya ixracına qadağa qoydu
iqtisadiyyat
3-03-2022, 08:34
713

Bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
Bildirilir ki, istisnalar ancaq Rusiyaya gedən fiziki şəxslərə (şəxsi istifadə üçün), habelə hüquqi toxunulmazlığı olan diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara aiddir.
Xatırladaq ki, Aİ bundan əvvəl Rusiyanın yeddi bankını SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən ayırıb.
Mənbə: İnterfaks