SOCAR yeni texnologiyaların tətbiqi ilə bağlı xarici təcrübəni öyrənir
iqtisadiyyat
28-02-2022, 18:25
697

Bunu “Report”a SOCAR İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsinin rəis müavini Fuad Əliyev bildirib.
“Hər hansı texnologiya tətbiq edilərkən şirkətlər eyni yolu keçmiş başqa dövlətlərin, yaxud təşkilatların təcrübəsini, qarşıya çıxan problemləri öyrənir. Onların təcrübəsini, səhvlərini nəzərə alaraq layihələrimizi uğurla həyata keçirməyə çalışırıq”, - o deyib.
Rəqəmsal dəyişiklik sahəsində SOCAR-ın ən böyük tərəfdaşı Almaniyanın SAP şirkətinin olduğunu diqqətə çatdıran F.Əliyev innovasiyaların tətbiqində ən əlverişli yol seçmək üçün Qazaxıstan, Özbəkistan, Rusiya kimi ölkələrin neft şirkətləri ilə təcrübə mübadiləsi apardıqlarını söyləyib: “Bu mübadilə qarşılıqlı xarakter daşıyır. Məsələn, bu yaxınlarda Qazaxıstanın “QazMunaiGaz” şirkəti əqli mülkiyyətin mühafizəsi ilə bağlı SOCAR-ın təcrübəsini öyrənmək üçün müraciət edib”.