Habil Əliyev dəfn edildi

medeniyyet
9-09-2015, 18:37 1149
Habil Əliyev dəfn edildi Onun dəfnində sənət yoldaşları, dövlət rəsmiləri və sənətkarı sevənlər bir yerə toplaşmışdı.
Xalq artisti Habil Əliyev dəfn edildi.
ANS PRESS-in məlumatına görə, xalq artisti birinci fəxri xiyabanda torpağa tapşırılıb.
Onun dəfnində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və bir sıra dövlət rəsmiləri, o cümlədən Canəli Əkbərov, Ramiz Əzizbəyli və başqa incəsənət nümayəndələri, həmçinin mərhumun ailə üzvləri və tanışları iştirak ediblər.
Onlar mərhumun qəbri ətrafına toplaşaraq dualar edib, mərhuma Allahdan rəhmət diləyiblər.
Xalq artisti dəfn edildikdən sonra onun ailə üzvləri qəbri başında toplaşaraq sənətkara Allahdan rəhmət diləyiblər.
Allah rəhmət eləsin...