Məşhur avtomobil şirkəti cəzalandırıldı

dunya
9-09-2015, 18:36 877
Məşhur avtomobil şirkəti cəzalandırıldı Şirkət irqi ayrı-seçkilik etdiyi üçün 1.6 milyon dollar ödəyəcək.
BMW avtomobil şirkəti irqi ayrı-seçkilik etdiyi üçün 1,6 milyon dollar ödəyəcək.
ANS PRESS-in məlumatına görə, şirkət bu məbləği qaradərili əməkdaşlarını işdən çıxardığı üçün ödəmək məcburiyyətindədir.
Şirkət onların işdən azad olunmasına səbəb kimi həmin işçilərin vaxtilə həbsxanada olduqlarını göstərib. İşçilərin əksəriyyəti son 7 il ərzində məhkumluq həyatı yaşayıb.
BMW şirkəti 2013-cü ildə işdən çıxarılan 70 qaradərili əməkdaşı daxil olmaqla 88 nəfər işçi tərəfindən məhkəməyə verilib. ABŞ-dakı müəsissələrdən çıxarılan işçilərin əksəriyyəti 10 ildən çoxdur ki, şirkətlə əməkdaşlıq edib.
İrqi ayrı-seçkilik yalnız BMW şirkətinin əməkdaşlarını işdən çıxarması ilə bitmir. Son vaxtlar ABŞ-da diskriminasiya halları çoxalıb.
Bir neçə gün öncə Virciniya ştatında iki jurnalistin öldürülməsiylə yenidən bütün diqqət ABŞ-a yönəlib.