ÜST: Son həftədə dünyada koronavirusa yoluxma 19 faiz azalıb

sehiyye
17-02-2022, 17:09 926
ÜST: Son həftədə dünyada koronavirusa yoluxma 19 faiz azalıbDünyada son həftə ərzində koronavirusa yoluxma halları 19 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında qeyd olunub.
7-13 fevral tarixlərində COVID-19-a yoluxma hallarının sayı yalnız Sakit Okeanın Qərbində artıb. Digər regionlarda yoluxmada azalma müşahidə olunub.
Bu müddət ərzində xəstəlikdən ölüm göstəricisi isə dəyişməyib.

Mənbə: RT