Bakıda həkim xəstəni döyüb

hadise
9-09-2015, 14:50 976
Bakıda həkim xəstəni döyüb Bakıda həkim xəstəni döyüb. Bu barədə "Report"a zərərçəkənin yaxınları məlumat verib.
Hadisə Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınıb. Belə ki, 73 yaşlı Tacirə Məmmədova müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı T.Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb.
Zərərçəkən Xətai Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.
Faktla bağlı araşdırma aparılır.