Qapı şüşəsi 4 yaşlı uşağın üstünə düşdü

hadise
13-08-2015, 09:57 991
Qapı şüşəsi 4 yaşlı uşağın üstünə düşdü Bu gün axşam saatlarında Qax şəhərində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, şəhərin Vaqif Eyvazov küçəsi, bina 22, ev 6 ünvanında yaşayan 2011-ci il təvəllüdlü Camallı Nurlan Məftun oğlu evdə bacısı ilə oynayarkən otaq qapılarından birinin şüşəsi qırılaraq onun üzərinə düşüb.
Uşaq hadisə nəticəsində sol qolunun bilək və dirsək nahiyələrindən xəsarət alıb. Zərərçəkən dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sol qolun çoxsaylı kəsilmiş-cızılmış yaraları diaqnozu qoyulub.
Hazırda xəstənin vəziyyəti orta-ağırdır və o, Cərrahiyə şöbəsində müalicəsini davam etdirir.