Barak Obama Konqresi hədələdi

dunya
9-09-2015, 14:48 814
Barak Obama Konqresi hədələdi ABŞ prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatasının İranla nüvə razılaşmasına qarşı qəbul edəcəyi qətnaməyə veto qoyacaq.
Bu barədə Ağ Evin xəbərində deyilir.
“Prezident razılaşmanın uğurla reallaşdırılmasına mane olacaq istənilən qanun layihəsinə veto qoyacaq”, - xəbərdə bildirilir.
Qeyd edək ki, Senat və Nümayəndələr Palatasının əksər üzvləri İranla razılaşmaya qarşı çıxırlar. Ancaq razılaşmanın rəqiblərində prezidentin vetosuna qarşı çıxmaq üçün konstitusiya əksəriyyəti yoxdur.
Razılaşmanın ABŞ Konqresindən keçməsi üçün təbliğat fəaliyyətinə başlayan Barak Obama avqustun əvvəlində ölkənin ən əhəmiyyətli yəhudi təşkilatlarının nümayəndələrini Ağ Evdə qəbul edib. Məlumata görə, Obama İsrailin baş naziri Benyamin Netanyahunun nüvə razılaşması ilə bağlı narahatlığını aradan qaldırmaq istəsə də, istəyi qəbul olunmayıb. Digər məlumata görə, ABŞ-ın dövlət katibi Con Kerri İsrailin İranın nüvə proqramı razılaşmasına qarşı hərbi fəaliyyət planının olmasına görə yəhudi dövlətinin rəhbərliyinə xəbərdarlıq edib. Con Kerri bəyan edib ki, indiki halda İsrail İrana qarşı hər hansı həmlə edərsə, bu, çox böyük səhv olacaq. Onun sözlərinə görə, İsrailin İranla razılaşma ərəfəsində hər hansı neqativ hərəkəti həm bu ölkə, həm də region üçün böyük təhlükədir: "Düşünürəm ki, İsrailin bu cür addım atmaq planları yersiz və yolverilməzdir".
ABŞ Konqresinin razılaşmanı nəzərdən keçirmək üçün 60 gün vaxtı var. Razılığın təsdiq və ya rədd edilməsinə dair səsvermə bu ay keçirilməlidir.