Bakıda lüks avtomobil yandı

hadise
4-01-2022, 12:16 1111
Bakıda lüks avtomobil yandıBakıda avtomobildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonunda “Land Rover” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.