Yeni moda: 2022-ci ildə hansı rənglər trenddə olacaq? - VİDEO

maraqli
1-01-2022, 20:25 743
Yeni moda: 2022-ci ildə hansı rənglər trenddə olacaq? - VİDEOYeni ilin gəlişi hər bir sahəyə yenilik gətirdiyi kimi dəbə də öz töhfəsini verməkdədir.
“Fala inanma, falsız da qalma” deyən babalarımızın sözlərini moda mütəxəssisləri “dəbə uyma, dəbsiz də qalma” kimi dəyişməkdə heç də haqsız deyillər.

Bəs görəsən, 2022-ci il bizə geyim və rəng tendensiyalarında nələr vəd edir?
Modelyer Fəxriyyə Xələfovanın sözlərinə görə, yeni gələn il pələng ili olduğundan bər-bəzəkli, mozaik tipli geyimlər dəbdə olacaq. Rənglərin insan psixologiyasına və gündəlik həyatımıza qatdığı enerjiyə göz yuma bilmirik. Elə buna görə də çalışırıq ki, günün ruh halına uyğun rənglərdə geyinək.
Ekspertlər isə 2022-ci il üçün Göy “Mikonos” rəngini seçiblər. Mütəxəssislərin qənaətincə, hazırda bəşəriyyət ətraf aləmdə “emosionallığın” xiffətini çəkir, rəng isə bu vəziyyəti bir qədər düzəldə bilər. Trenddə olacaq rəng palitrasında göy rəngin dörd çaları var ki, onların da hər biri sanki tibbi maskalara eyham vurur. Dizaynerlər qeyd edirlər ki, trenddə olan göy rəngi, başqa çalarları, eləcə də yaşıl, krem və qəhvəyi rəngin bütün tonları ilə birlikdə istifadə etmək olar.
Bu rəng çalarının əsmər xanımlara daha çox yaraşacağını bildirirlər. Ağ və qara rənglər isə həmişəki kimi öz aktuallığını qoruyub saxlayacaq. Bu il dünya stilistlərinin kolleksiyalarında vitrinlərdə yer alacaq parçalar da nümayiş olunub. Belə ki, geyimlərin dizaynında ön plana çıxan çiçək motivləri diqqət çəkib.
Mütəxəssislər isə hər çıxışında xanımlara dəblə ayaqlaşmaqla yanaşı, onlara yaraşanı geyinməyi tövsiyə edirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: