Azərbaycanda 125 yaşlı qadın öldü

sosial
3-12-2021, 22:03 940
Azərbaycanda 125 yaşlı qadın öldüNeftçalada 125 yaşlı qadın vəfat edib.

Bu barədə Neftçala rayon İcra Hakimiyyətindən bildirilib.
Beşdəli kənd sakini 1896-cı il təvəllüdlü Səmədova Sona Cəfər qızı uzunömürlülər siyahısına daxil idi. Rayonun ən uzunömürlü sakini olan Səmədova Sona bu gün rəhmətə gedib və Neftçala rayonu Beşdəli kənd qəbiristalığında dəfn olunub.