XIZIDA ŞƏHİD OLAN HƏRBÇİLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ

gundem
2-12-2021, 00:37 1236
XIZIDA ŞƏHİD OLAN HƏRBÇİLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ Əzizim səsin gəlsin,
İsti nəfəsin gəlsin,
Gözü yolda qalanlar,
Əziz bir kəsin gəlsin.

Əzizim bu qəflətdən,
Çəkdiyim əziyyətdən,
Buludlar haray saldı,
Yazılmamış zillətdən.

Bu gələn arabadı,
Bayrağı zər-zibadı,
Ana-bacılarının,
Qəlb evi xarabadı.



Qarabağ öz bağımdı,
Qoynu qəm oylağımdı.
Bulaqlar qan ağlayır,
Deyir, yaman çağımdı.

Xızıdadı komamız,
Duaçıdı babamız,
Sizə qurban olaydı,
Bizim cəddi-obamız.

Yalanı sayan olmaz,
Gerçəyə salan olmaz,
Dedilər dönəcəyik,
Bu boyda yalan olmaz.

İşarədən anlaram,
Sizi aslan sanaram,
Alov-məşələ dönüb,
Dərdinizlə yanaram.

İgidlər kam üstədi,
Dumanda, nəm üstədi,
Kor qalasan ay fələk,
Hamısı qəm üstədi...

Mayisə ƏSƏDULLAQIZI
XIZIDA ŞƏHİD OLAN HƏRBÇİLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ