Hansı valyutalara yatırım etmək olmaz?

iqtisadiyyat
29-11-2021, 10:10 756
Hansı valyutalara yatırım etmək olmaz?İnvestisiya strateqi Aleksandr Baxtin sərmayə qoyuluşu üçün uyğun olmayan valyutaları açıqlayıb. O, ekzotik valyutaları ən zəif aktivlər adlandırıb.

Ekspertin fikrincə, hazırda İran, Venesuela, Əfqanıstan kimi ölkələrə səyahət etmək kimi hallar istisna olmaqla, bu qəbildən olan valyutaların alınması tövsiyə edilmir.
Onun sözlərinə görə, həmin ölkələrdəki iqtisadi və ya siyasi problemlər bu aktivləri qeyri-sabit və gəlirsiz edir.
Baxtin bildirib ki, son dövrlərdə türk lirəsi də şübhəli valyutalar sırasına qoşulub. Belə ki, təkcə 2021-ci ilin əvvəlindən bu yana onun dəyəri 40%-dən çox ucuzlaşıb.

Mənbə: “RİA Novosti”