Bakı metrosunun yeni stansiyası: Dörd səviyyədən ibarət olacaq - FOTO

gundem
24-11-2021, 17:20 857
Bakı metrosunun yeni stansiyası: Dörd səviyyədən ibarət olacaq - FOTOBakı metrosunun Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, uzunluğu 170 metr olan “B-04” stansiya kompleksi dörd səviyyədən ibarət olacaq.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazıma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.

Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə aparılır. Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq.
Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.
Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən dörd giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.