Qaz sayğacları ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək - AÇIQLAMA

gundem
20-11-2021, 10:51 552
Qaz sayğacları ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək - AÇIQLAMA“Qaz sayğaclarına müdaxiləyə görə “Azəriqaz” İstehsalat Birliyi dəymiş ziyanın hesablanmasını həyata keçirə bilər, cərimə funksiyalarını icra etmir”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.


O bildirib ki, dəymiş ziyanın hesablanması prosesi qanunla tənzimlənir:
“Dəymiş ziyanın hesablanmasını ehtiva edən hesabat qaydası ilə bağlı qanun layihəsi son mərhələdədir. Yaxın zamanlarda qüvvəyə minməsi gözlənilir.
Bu gün kimsə qaz sayğaclarına müdaxilə edirsə və bunun bir hesabat qaydası yoxdur deyə biz dəymiş ziyanı hesablamasaq, həmin vətəndaş bundan sui-istifadə edəcək.
Artıq üç ildir ki, tərəfimizdən bu istiqamətdə işlər aparılır. “Azəriqaz” olaraq qarşılıqlı şəkildə vətəndaşla razılaşdırma aparırıq və ya məhkəmə iddiası qaldırırıq. Qaz sistemlərinə müdaxilə ilə bağlı sübutu aşkar etdikdən sonra dəymiş ziyanı tələb edirik”.

Ruslan Əliyev qeyd edib ki, son bir illik göstəricilərə nəzər saldıqda sevindirici haldır ki, abonentlərlə “Azəriqaz” arasındakı məhkəmə iddialarında fərq 3 dəfə azalıb.