DYP-dən sürücülərə XƏBƏRDARLIQ

sosial
16-11-2021, 10:52 394
DYP-dən sürücülərə XƏBƏRDARLIQHava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən məlumata görə, hazırda müşahidə olunan küləkli və yağmurlu hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

Hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar.
Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən, avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.

Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçmələdirlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər.