Düşmənin beş tankını qənimət kimi götürən şəhidimiz yad edildi - VİDEO

gundem
27-10-2021, 23:17 68
Düşmənin beş tankını qənimət kimi götürən şəhidimiz yad edildi - VİDEOVətən müharibəsi şəhidi Azad Hümbətovun xatirəsi yad edilib.

Onunla bağlı xatirələrini bölüşən döyüş yoldaşları bildirir ki, baş leytenant Azad Hümbətov yaralı olmasına baxmayaraq, iki gün vəziyyəti ağır olan döyüş yoldaşını çiynində daşıyıb. Müharibədə düşmənin 5 tankını qənimət kimi götürən Azad Hümbətov ötən ilin 27 oktyabrında Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.



Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, A.Hümbətov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ətraflı süjeti təqdim edirik: