Peyvənd əleyhinə olanlar bunu bilməlidir… - Çətinər

gundem
24-10-2021, 10:58 1101
Peyvənd əleyhinə olanlar bunu bilməlidir… - Çətinər2022-ci ilin əvvəlində dünya pandemiyanı bitirməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin tanınmış həkimi Mustafa Çətinər deyib.


"Dünya və Türkiyə pandemiya məsələsini 2022-ci ilin əvvəlində həll etməlidir. Hazırkı vəziyyətdə peyvənd olunmalı və tədbirlərə əməl etməyə çalışmalıyıq. Heç kim risk almaq istəmir. Türkiyə yeni qapanmalara və yeni məhdudiyyətlərə dözə bilməz. Peyvənd əleyhinə olan insanlar bilməlidirlər ki, peyvənd olunmamış insanların koronavirusa yoluxma ehtimalı 6,1 dəfə, ölmə ehtimalı isə 11,3 dəfə çoxdur", - Çətinər bildirib.