Türkiyə bu ölkədə yeni baza tikir - Admiral

gundem
24-10-2021, 10:41 919
Türkiyə bu ölkədə yeni baza tikir - AdmiralTürkiyə Aralıq dənizinin şərq hissəsində qazma işi aparan gəmilərini müşayiət edən hərbi gəmilərin bölgəyə tez vaxtda çatması üçün Kiprdə hərbi dəniz bazası tikəcək. Artıq bununla bağlı Şimali Kipr rəhbərliyi ərazi də ayırıb.

Axar.az xəbər verir ki, ehtiyatda olan kontr-admiral Cihad Yaycı bazanın böyük üstünlüyü olduğunu deyib. O bildirib ki, Kipr adası Süveyş kanalını, Orta Şərqin Aralıq dənizi sahillərində olan hissəsini, eyni zamanda Ceyhan limanından neft tranzitinə nəzarət edən çox vacib bir mövqedədir:
“Kiprdəki baza suveren baza statusuna sahib olmalı, Türkiyənin torpağı sayılmalıdır. Bu baza Türkiyə qanunları ilə idarə olunmalı və bayrağı asılmalıdır. Bu gün ABŞ, İngiltərə, Rusiya və Çin bazalarının əksəriyyəti bu statusa malikdir. Bu baza sayəsində Türkiyə donanması Şərqi Aralıqdakı mövcud bölgənin mərkəzində olacaq. İstənilən halda baza Türkiyəyə böyük geosiyasi və geostrateji üstünlük verir. Bu bazanın inşası türksüz Kipr və Türkiyəsiz Şərqi Aralıq xəyallarının qarşısında yeni bir sədd çəkəcək”.