Ermənilər Qarabağda pambıq əkirlər - Özbək alimi məsləhətə çağırdılar

sosial
9-09-2015, 10:46 912
Ermənilər Qarabağda pambıq əkirlər - Özbək alimi məsləhətə çağırdılar Ermənistan və Qarabağdakı separatçı rejim işğal etdiyi Azərbaycan torpaqları ilə bağlı yeni planlarını işə salıb. Belə ki, işğalçılar Azərbaycanın işğal altındakı torpaqlarında pambıqçılığı inkişaf etdirəcəklər. Bu işdə düşmənə Özbəkistan alimləri kömək edəcəklər.
Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutunun laboratoriya rəhbəri Hakimcan Seyidəliyev Qarabağ separatçılarının dəvəti ilə işğal altındakı Xocavənd rayonuna səfər edib. Pambıqçılıq sahəsində dünyanın ən nüfuzlu ekspertlərindən sayılan özbək alim ərazi ilə tanış olduqdan sonra Xocavənddə deyil, ermənilərin işğal etdiyi Arazboyu ərzailərdə pambıq plantasiyalarının salınmasına müsbət rəy verib.
“Qarabağın kənd təsərrüfatı naziri” Aram Mxoyan isə Arazboyu ərazilərdə ağ pambıqla yanaşı, rəngli pambıq sahələrinin də salınacağını deyib.
Xatırladaq ki, işğal altındakı Arazboyu ərazilərdə (Zəngilan, Cəbrayıl, Füzuli ryaonlarının torpaqları-red.) vaxtilə - keçmiş SSRi dövründə böyük pambıqçılıq sahələri mövcud olub.