ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı

dunya
9-09-2015, 10:44 838
ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı Təyyarə British Airways şirkətinə məxsusdur.
Çərşənbə günü Amerikanın Las-Veqas şəhərinin aeroportunda Boeing 777 sərnişin təyyarəsi startdan öncə alışıb, Associated Press agentliyi bildirib.
İki sərnişin kiçik xəsarətlərlə xəstəxanaya yatırılıb, Oxu.Az İnterfaks-a istinadən bildirir.
Ekipaj təyyarəni uçuşa hazırlayarkən mühərriklərdən biri alışıb. Sərnişinlər salonu qəza çıxışlarından tərk etməli olublar.
ABŞ Federal Mülki aviasiya idarəsinin nümayəndəsi İen Qreqorun sözlərinə görə, Boeing 777-nin sol mühərriki alışıb. Bununla yanaşı yanğınsöndürənlər çox az bir zamanda yanğının öhdəsindən gəliblər. Onlar hesab edirlər ki, yanğının səbəbi texniki nasazlıq olub.
Aeroportdan agentliyə bildiriblər ki, təyyarə British Airways şirkətinə məxsusdur. Təyyarədə 159 sərnişin və 13 nəfər heyət üzvü olub.