» » Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər


Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər

9-09-2015, 10:41
Oxunub: 357
Çap et
Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər Azərbaycan uğrunda.
Ukraynada çevrilişdə iştirak edən sağ milli-radikal hərəkatın liderləri, müxtəlif qaynar nöqtələrdə, eləcə də Qarabağda döyüşüblər, bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində Rusiya Federasiyasının İstintaq Komissiyasının sədri Aleksandr Bastrıkin bildirib,
“Çeçen Respublikasında törədilən cinayət işləri üzrə müəyyən edilib ki, Ukraynada 2014-cü ilin fevralında çevrilişdə iştirak edən sağ milli-radikal hərəkatın liderləri, vaxtilə Çeçenistanda qanunsuz bandit qruplaşmalarda döyüşüblər, buna qədər isə Dnesteryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və digər qaynar nöqtələrdə münaqişələrdə iştirak ediblər”, - Bastrıkin qeyd edib.
Onun sözlərinə görə, onlar məhz orada yalnız hərbi əməliyyatlar sahəsində deyil, eləcə də ideoloji müharibənin aparılmasına dair təcrübə yığıblar, yığdıqları təcrübəni isə Ukraynada siyasi vəziyyəti pozmaq üçün tətbiq ediblər.
Qeyd edək ki, hələ 2010-cu ildə Ukrayna Milli Assambleyasının – Ukrayna milli özünü müdafiəsinin (UMA-UMÖM) icra komitəsinin sədri Mikola Karpyuk Vesti.Az-a verdiyi müsahibəsində, Ukrayna milliyyətçilərinin Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün qorunması uğrunda döyüşdüklərini bəyan etmişdi.
Reytinq: