Türkiyə Prezidenti: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub” - VİDEO

siyaset
22-09-2021, 09:53 1066
Türkiyə Prezidenti: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub” - VİDEOTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışı zamanı Qarabağ məsələsinə də toxunub.
O, Azərbaycanın müdafiə hüququndan istifadə edərək işğala son qoyduğunu bildirib.


“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. İndi Qafqazda davamlı sülh adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, - deyə dövlət başçısı bəyan edib.