ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

gundem
17-09-2021, 01:53 585
ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏRÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik koronavirus hesabatını paylaşıb.
“Haber Global” məlumat verir ki, təşkilatdan ötən həftə dünyada koronavirusa, təxminən, 4 milyon nəfərin yoluxduğu bildirilib. Qeyd edilir ki, iki aydan çox müddətdə yeni infeksiyaların sayında ilk böyük azalma müşahidə olunub.

Həftəlik ölüm sayı 62 minə enib, ən kəskin azalma isə Cənub-Şərqi Asiyada müşahidə edilir. Eyni zamanda bildirilir ki, Afrika qitəsində insan tələfatında 7 faiz artım var.
“Delta” variantına 180 ölkədə rast gəlindiyi vurğulanır. Uşaqlar və gənclər koronavirusdan böyüklərə nisbətən daha az təsirlənməyə davam edirlər.
Xəstəlik səbəbindən 24 yaşınadək insanların ölümü qlobal ölümlərin 0,5 faizindən azını təşkil edir. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu günə qədər dünya miqyasında 5,7 milyard dozada COVID-19 peyvəndi tətbiq edildiyinə diqqət çəkib, bunlardan yalnız 2 % Afrika qitəsinin payına düşür.

Dünyada COVID-19 peyvəndlərinin paylaşılmasındakı bərabərsizliyə reaksiya göstərən Qebreyesus xəbərdarlıq edib ki, belə getsə, virusların peyvəndləri daha az təsirli edən yeni variantları ortaya çıxmağa davam edəcək.

O, epidemiya səbəbindən ölkələrdə sosial və iqtisadi tənəzzülün daha uzun sürə biləcəyinə də diqqət çəkib.