ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN QƏHRƏMANLIQ DOLU HƏYATI

gundem
14-09-2021, 03:45 2663
ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATI ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATIÖmrünün yarıdan çoxunu və yaradıcılığını hərb sənətinə həsr etmiş bütöv vətənə bağlı qələm sahibi Gölişad İsmayıloğlunun “Hərb sənətində psixoloji ruh” kitabı İkinci Qarabağ müharibəsində şəhid olmuş övladı, XTD-in baş çavuşu Tərlan Eyniyevə həsr olunub. Bu kitab müəllifin ilk kitabıdır.

Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmış Eyniyev Gölişad İsmayıl oğlu Bakı Dövlət Universitetini bitirib. Müxtəlif vəzifələrdə çalışıb. 2010-cu il, sentyabr ayından etibarən, ailəsi ilə birgə Şüvəlanda yaşayır.
Nəzərinizə çatdıraq ki, 1993-cü il təvəllüdlü şəhid Tərlan Eyniyev böyük qardaşı Vüsalla birgə, İkinci Qarabağ müharibəsində gecə-gündüz yağıları qovan igidlərin sırasında idilər . Tərlan şəhid oldu, Vüsal isə o günlərin canlı qəhrəmanıdır.
Gölişad İsmayıloğlu filoloq kimi dəfələrlə mətbuatda dərc olunub və dərc olunmaqdadır. Vətən, bayraq, əsgər, səngər, yurd həsrəti, ilk od-ocaq kimi mövzularda qələmə aldığı yazılar Gölişad İsmayıloğlunun imzasında özünəməxsus ahəng və rəng tapır.
Kitabda qəhrəman Ordumuzun cəsarətli, şərəfli döyüş yolundan söhbət açılır. Gölişad İsmayıloğlunun şəhid övladı Tərlana və Xüsusi Təyinatlı dəstəyə həsr etdiyi “Hərb sənətində psixoloji ruh” kitabında müharibəyə, müxtəlif əməliyyat və döyüşlərə hazırlaşmağın, onların aparılmasının üsul və formalarından müəyyən söhbətlər açır. Bir elm sahəsi kimi formalaşması çox-çox sonralara təsadüf etsə də, hərb sənətinin kökləri müharibə və orduların meydana gəldiyi dövrlərə gedib çıxır. Müəllif bu kitabda bir daha təsdiq etdi ki, yaxşı döyüşçü hücumda cəld, qərarı tez verən döyüşçüdür. Güc yayın dartılmasına bənzəyir, qərar oxun atılmasına. Qəhrəman şəhid Tərlan kimi qərar verib, torpaqları qarış-qarış azad edən hərbçi misalı kimi...
ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATI

ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATIDöyüş yoldaşları deyir ki, 2020-ci il, oktyabrın 4-də Cəbrayıl rayonunu azad olunması uğrunda gedən döyüşlərdə baş çavuş Tərlan Eyniyev daha böyük qəhrəmanlıq göstərmişdir.
Cəbrayıl yüksəkliyi alındıqdan sonra mənfur düşmən igidimizi uzaq məsafədən snayper silahıyla vurmuşdur. Şəhid hərbi qulluqçumuz 07.10.2020 –ci il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mir Mövsüm Ağa ziyarətgahı qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Tərlan Eyniyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATIŞəhid Tərlan Eyniyevin ev muzeyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində özü tərəfindən tikilmiş evində yaradılmışdır.



Gölişad İsmayıloğlunun şəhid övladına həsr etdiyi kitabın redaktoru hərbçi-jurnalist Vahid Məhərrəmov, məsləhətçilər Mayisə Əsədulla qızı Əliyeva, hərbçi-jurnalist Bəxtiyar Əliyevdi. Eyni zamanda ön sözün müəllifi Mayisə Əsədulla qızı Əliyevadı.




Tezliklə bütün Qarabağ torpaqları bərpa olunacaq, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu qayıdış üçün canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq. Vətən torpağnda şərəfli iz qoyan, elin, millətin yaddaşında unudulmamaq, əbədi yaşamaq deməkdir.

Kitab "CBS Polygraphik Production" mətbəəsində 500 tirajla çap olunmuşdur.


ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATIŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATI

ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLANIN  QƏHRƏMANLIQ  DOLU HƏYATI

Realfakt.az