Kremldən şok iddia: baş nazir rus hərbçiləri güllələyib

dunya
9-09-2015, 10:12 803
Kremldən şok iddia: baş nazir rus hərbçiləri güllələyib Rusiyanın İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin “Rusiya qəzeti”nə müsahibəsində Ukraynanın baş naziri Arseniy Yasenyukla əlaqədar şok ittihamlar səsləndirib.
İstintaq Komitəsinin başçısı Arseniy Yasenyuku Çeçenistan Respublikasında Rusiya əsgərlərinə işgəncə verməkdə ittiham edib.
“İstintaqın məlumatına görə, Arseniy Yasenyuk ən azı iki - 31 dekabr 1994-cü ildə Qroznı şəhərinin Minutka meydanında və 1995-ci ilin fevralında 9 saylı şəhər xəstəxanasının ərazisindəki silahlı toqquşmalarda iştirak edib. O, həmçinin Rusiya ordusunun hərbçilərinə verilən işgəncələr və 7 yanvar 1995-ci ildə Qroznı şəhərinin Oktyabr rayonunda Rusiya hərbi əsirlərinin güllələməsinin iştirakçısı olub”, - Bastrıkin deyib.
Rusiyalı məmurun sözlərinə görə, Ukraynanın baş naziri “Arqo” və “Vikinq” cəza dəstələrinin tərkibində vuruşub.