Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək

gundem
12-04-2021, 14:06 524
Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. İki günlük səfər müddətində Belarus Prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq. Görüşlərin birincisi Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq, dövlət başçıları qeyri-rəsmi şəraitdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.
Danışıqların rəsmi hissəsi isə növbəti gün baş tutacaq. Prezidentlərin görüşü nümayəndə heyəti üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla tamamlanmasına yönəldiləcək. Tərəflər sənaye kooperasiyası, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Görüşlər çərçivəsində səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.