“Amnesty International”: “Bəzi ölkələrdə səlahiyyətlilər pandemiyadan istifadə edirlər”

gundem
7-04-2021, 10:57 957
“Amnesty International”: “Bəzi ölkələrdə səlahiyyətlilər pandemiyadan istifadə edirlər” Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” COVID-19 pandemiyası dövründə dünyada insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini açıqlayıb.
Bu barədə TASS təşkilatın illik hesabatına istinadən xəbər yayır.

“Dünya xaos içindədir və siyasətçilər artıq sosial, iqtisadi və siyasi sistemlərin çökdüyünü inkar edə bilməzlər”, - deyə “Amnesty International”ın Baş katibi Aqnes Kallamar qeyd edib"
“COVID-19 pandemiyası ölkədaxili və dövlətlərarası bərabərsizlikləri dramatik şəkildə ortaya qoyub, artırıb, həm də liderlərin insani dəyərlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirib”, - Kallamar izah edib.
“Amnesty International”a görə, pandemiya etnik azlıqlara, qaçqınlara, yaşlılara, qadınlara və LGBT cəmiyyətinə xüsusilə təsir edib"

Mətndə deyilir ki, Avropa və Orta Asiyadakı bəzi ölkələrdə səlahiyyətlilər bu pandemiyadan səlahiyyətlərini genişləndirmək, azadlıqları boğmaq və insan hüquqları ilə bağlı məsuliyyətlərinə məhəl qoymamaq üçün istifadə edirlər.