Ceyhun Bayramov Vətən müharibəsində istifadə olunan İsrail silahlarından danışdı
gundem
5-04-2021, 12:46
36

Oxu.Az-ın məlumatına əsasən, C.Bayramov bu barədə “İsraelhayom” portalına müsahibəsində danışıb.
O bildirib ki, yüksək texnologiyalı və dəqiq zərbələr endirən İsrail silahları, xüsusən də dronlar Azərbaycanın hərbi qələbə qazanmasında böyük rol oynayıb.
“Əminəm ki, Vətən müharibəsindən sonra müxtəlif sahələrdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək və dərinləşəcək”, - deyə C.Bayramov söyləyib.