Azərbaycan xaricdən ət alışını azaldıb

iqtisadiyyat
16-03-2021, 18:18 1228
Azərbaycan xaricdən ət alışını azaldıb2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan 6 min 44,7 ton həcmində ət və qida üçün yararlı ət əlavələri idxal edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmiz bu məhsulun xaricdən alışını 23,4 faiz azaldıb.
İdxal olunan məhsulun ümumi dəyəri isə 10 milyon 192 min dollar olub ki, bu məbləğ 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 27,9 faiz azdır.
Təkcə fevral ayı ərzində Azərbaycan xaricdən 3 min 686,9 ton ət idxal edib ki, həmin məhsulun ümumi dəyəri 5 milyon 887,1 min dollar olub.
Belə ki, 2020-ci ilin fevral ayı ilə müqayisədə idxal həcmi 13,5 faiz, idxal dəyəri isə 12,5 faiz azalıb.