Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ

sehiyye
6-03-2021, 12:34 1282
Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİAzərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, martın 5-i ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.