XOCALI DƏRDLİ BAYATIM

yazarlar
26-02-2021, 11:40 3865
XOCALI DƏRDLİ BAYATIM
Dərdlərin oyan yeri,
Yatma, dur oyan, yeri.
Milyon təbib sağaltmaz,
Güllələr oyan yeri.

Bağçası barsız gülür,
Heyvasız-narsız gülür.
Xocalım qan ağlayır,
Düşmənlər arsız gülür.

Dərdimi bəyən, gecə,
Dost boyun əyən gecə.
Xocalım can verirdi,
Əl-ələ dəyən gecə...

MAYİSƏ ƏSƏDULLAQIZI