İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər - VİDEO

siyaset
26-02-2021, 10:59 986
İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər - VİDEO XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub.