“ASAN xidmət” mərkəzlərində nöqsanlar: Rəhbərlərə xəbərdarlıq edildi
gundem
11-02-2021, 10:05
873

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında qeyd edilib.
Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıqlar edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb edilib. Hesabat dövrü ərzində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət qurumlarının əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 5 287 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 67%-i), 1 859 yazılı xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 23.6%-i), 738 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 9.4%-i) tərtib olunub.