Hikmət Hacıyev dağıdılmış məsciddə çıxış etdi

gundem
6-02-2021, 21:49 1102
Hikmət Hacıyev dağıdılmış məsciddə çıxış etdi Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilanın mərkəzindəki ermənilər tərəfindən dağıdılmış məsciddə çıxış edib.

Oxu.Az-ın müxbiri xəbər verir ki, H.Hacıyev Ermənistanın 30 il müddətində işğal etdiyi ərazilərdə infrastrukturu məhv etdiyini deyib. O qeyd edib ki, vəziyyətlə yerində tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanı var və hər şey açıqdır.

H.Hacıyev Mincivan ərazisindən keçən dəmir yolunun da dağıdıldığını diqqətə çatdırıb.

Aqşin Kərimov