Zeytun yarpağından çay içənlərin sayı artır - SƏBƏB

maraqli
12-08-2015, 16:29 1141
Zeytun yarpağından çay içənlərin sayı artır - SƏBƏB Zeytunun meyvəsinin və o meyvədən əldə edilən yağın nə qədər faydalı olduğunu bilməyən yoxdur. Artıq dünyada bu şəfa ağacının yarpaqlarından da istifadə edilməyə başlanıb. Bəs zeytun yarpağının sağlamlığa hansı faydaları var?
Publika.az zeytun yarpağı ilə bağlı bilməli olduğunuz bütün məlumatları təqdim edir:
Zeytun yarpaqlarının tərkibindəki antioksidantlar və C vitamini portağaldakından 5 dəfə çoxdur. Zeytun yarpağı orqanizmi yediyimiz qidaların tərkibindəki kimyəvi maddələrin təsirindən, siqaret və spirtli içkilər üzündən bədəndə toplanan toksinlərdən qoruyur.
Damarların genişlənməsinin qarşısını alır. Təzyiqi sabitləşdirir. Ürək xəstəliklərini müalicə edir. Sidikqovucudur. Qəbizliyin qarşısını alır. Yorğunluğu aradan qaldırır. Dərini qidalandıraraq daha gənc görünməsini təmin edir. Diş ağrısını kəsir. Uşaqlarda sümük inkişafını dəstəkləyir. Kökəlməyə qoymur. Zeytun yarpağı çayı bir çox dərdin dərmanı hesab edilir. Bu çay pis xolesterini azaldır, qanda şəkərin səviyyəsini aşağı salır, soyuqdəyməyə qarşı faydalıdır, immunitet sistemini gücləndirir, antibakterial xüsusiyyətə malikdir. Zeytun yarpağından hazırlanan çay dəri gözəlliyi üçün də əvəzedilməzdir. Çayı içdikdə də, sadəcə dərini təmizlədikdə də sızanaqlar azalır, qızartı aradan qalxır, məsamələr daralır, dəri xəstəliklərinin qarşısı alınır.
Zeytun yarpağı çayını dəmləmək çox asandır.
1 litr xlorsuz suyun içərisinə 8-10 ədəd zeytun yarpağı töküb 2-3 dəqiqə qaynadın. 10 -15 dəqiqə dəmlənməsini gözləyin. Çaya bal və limon qataraq daını və ətrini gözəlləşdirin.