Nazirdən işğaldan azad edilən ərazilərdə məktəblərin tikintisi barədə AÇIQLAMA

sosial
30-01-2021, 21:04 1136
Nazirdən işğaldan azad edilən ərazilərdə məktəblərin tikintisi barədə AÇIQLAMA “İşğaldan azad edilən ərazilərə əhalinin geri qaytarılması prosesi başlandıqda orada müasir məktəblər də tikiləcək”.[/i]

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir keçmiş məcburi köçkün məktəblərinin öz yurdlarına köçürüldükdən sonra həmin məktəblərədə çalışan, lakin məcburi köçkün olmayan müəllimlərin aqibəti necə olacağına da aydınlıq gətirib:
“Bu proses başlandıqda müəllimlərin iş yeri ilə bağlı məsələ də yəqin ki, nəzərə alınacaq. Bir çox məcburi köçkün məktəbləri kifayət qədər kiçikdir. Bu məktəblərin gələcəkdə hansı formada olacağını proqnozlaşdırmaq çətindir. Amma bütün hallarda biz müəllimlərimizin yanında olmağa, onların istəklərini nəzərə almağa çalışırıq”.
[i]Oxu.az
[/i]