Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”

siyaset
15-01-2021, 14:45 656
Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”“Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar”. Bunu Prezident İlham Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin qarşısında çıxış edərkən deyib. Dövlət başçısı Ermənistana xəbərdar edib ki, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın.

“Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”, - deyə İlham Əliyev əlavə edib.